Ekonomiks 11:50 14.06.2018

Elman Rüstəmov açıqladı: Devalvasiya gözlənilirmi?

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov növbəti devalvasiya ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Qaynarinfo Milli.Az-a istinadən xəbər verir ki, MB sədri bunun şayiədən başqa bir şey olmadığını bildirib:

"Devalvasiya ilə bağlı şayiələr yayıldı, aprel, may ayında... Amma gördünüz ki, heç nə baş vermədi. Çünki heç bir fundamental amil yoxdur. Ölkənin valyuta ehtiyatları tələb-təklifdə 2 milyard təklifin xeyrinədir. Belə olduğu bir şəraitdə ölkədə devalvasiyadan danışmaq olmaz".