Elmar Məmmədyarov: "Ermənistan bununla əsl xislətini sübut etdi"

Elmar Məmmədyarov: "Ermənistan bununla əsl xislətini sübut etdi"

Dünyada hökm sürən böhran və münaqişələrin, soyuq müharibə dövrü üçün xarakterik geosiyasi çəkişmələrin gərginləşməsi, terrorizmin yeni forma və təzahürlərinin meydana çıxması, habelə asimmetrik hədə və təhdidlərin fonunda dövlətimizin başçısı tərəfindən xarici siyasət sahəsində müəyyən olunan strateji hədəflər dövrün tələblərini özündə ehtiva edir və uzunmüddətli perspektivdə ölkəmizin davamlı inkişaf və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

"Qaynarinfo" azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

“Dövlət başçısının proqram xarakterli nitqində qeyd olunduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioriteti olmaqda davam edir. 200 ildən artıq bir dövr ərzində formalaşdırılan “Böyük Ermənistan” ideologiyasının siyasi-hərbi müstəviyə keçirilərək Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməklə müharibəyə başlaması və nəticə etibarilə, ərazilərimizin 20 faizini işğal etməsi və bir milyondan artıq soydaşımızı etnik təmizləməyə məruz qoyması təhlükəsizliyimiz üçün ən başlıca təhdiddir”.

Nazir bildirib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi qəti və prinsipial xarakter daşıyır - Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan işğal faktı ilə heç zaman barışmayacaq, heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək:

“Azərbaycan xalqının iradəsi əsasında dövlətimizin başçısı tərəfindən danışıqlar prosesində Azərbaycanın strateji mövqeyi məhz bu şəkildə qoyulub. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki insanları ağır silahlardan hədəfə alaraq, azyaşlı qızcığazın, onun nənəsinin ölümünün və digər qadının yaralanmasının səbəbkarı olan Ermənistan əslində bir daha özünün əsl xislətini, təxribatlar yolu ilə danışıqlar prosesini və həmsədrlərin səylərini pozmaq siyasətini sübut etmiş oldu”.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR