Siyasət 18:47 19.03.2013

Elmar Məmmədyarov: "Məsələ tezliklə həllini tapacaq"

“Qəbələ RLS-in təhvil-təslim prosesi plan əsasında davam edir”

Qəbələ RLS-in təhvil-təslim edilməsinə dair Azərbaycan və Rusiya arasında proses davam edir.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov işlərin plan əsasında aparıldığını deyib: “Prosesin nə vaxt bitəcəyini dəqiq deyə bilmərəm. Ümidvaram ki, məsələ tezliklə həllini tapacaq”.

Qeyd edək ki, RLS-in təhvil-təslim edilməsinə dair hər iki tərəfdən komissiya yaradılıb. Azərbaycan tərəfdən komissiyaya xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir. 

Qaynar.info