Video 18:28 31.03.2019

Elməddin "TV 8"də gileyləndi: "Artıq bezmişəm" (VİDEO)

Aktyor Elməddin Cəfərov Türkiyənin "TV 8" kanalında yayımlanan "Eser Yenenler Show"da qonaq olub.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, veriliş zamanı Elməddin 10 ildir davam edən "Bacanaqlar" serialını bitirəcəyini bildirib:

"2002-ci ildən etibarən, 5 il stand-up etmişəm, 10 ildir isə prodüserlik edirəm. "Qız atası", "Qardaşlar", "Bacanaqlar" seriallarının prodüseriyəm. Həmçinin, 10 ildir "Bacanaqlar"da çəkilirəm. Artıq bezmişəm. İnşallah, bu mövsüm son il olar. O serialda gəncliyim gedib. Başqa işlər görmək istəyirəm".

Cəfərov proqramın aparıcısı Eser Yenenlerlə Azərbaycan və türk sözlərini müqayisə ediblər.
Qeyd edək ki, "Çat kapı aşk" filminin tanıtımı çərçivəsində Türkiyəyə yollanan aktyorun yanında həyat yoldaşı və övladları da olub.