Azərbaycanda elmi adların verilməsi qaydaları müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Elmi adlar verilməsi qaydası haqqında Əsasnamədə öz əksini tapıb.
Bu Əsasnamə "Elm haqqında” və "Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi adlar verilməsi qaydasını və şərtlərini müəyyən edir.
- Elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının (bundan sonra – elmi şura) vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir.
- Dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılara bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və hallarda verilir.
- Komissiya elmi-pedaqoji kadrların mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində əhəmiyyətli nailiyyətlərini bu sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanlarının məlumatları əsasında müəyyən edir.
- Azərbaycan Respublikasında elmi adlar verilməsi üçün dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələbləri və dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) siyahısını Komissiya müəyyən edir.
- Professor elmi adı yalnız dosent elmi adı olan şəxslərə verilir.
- Əvvəllər verilmiş baş elmi işçi elmi adı dosent elmi adına bərabər tutulur.
- Komissiya dosent və ya professor elmi adı verilmiş şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi vahid formalı dövlət sənədi – həmin elmi adı təsdiq edən attestat verir.
Şərhlər