Sənət 11:34 30.05.2016

Elnur As “Qadın, qələm, qədəh”i təqdim etdi – FOTOLAR

Mayın 29-da Bakının “Kitabevim” kitab dükanında yazar Elnur Asın “Qadın, qələm, qədəh” kitabının imza günü keçirilib. Tədbirdə Azərbaycan siyasətinin, mətbuatının və ədəbiyyatının tanınmış isimləri və yazarın oxucuları iştirak ediblər.

Qeyd edək ki,  Elnur Asın bu yeni kitabı - Azərbaycan tarixinin ən maraqlı çağlarından olan 1900-cü illər haqda tarixi etüdlər silsiləsi ilə fərqli zamanlarda həyat və ədəbiyyat üzərinə şəxsi qeydləri əsasında yazılmış maraqlı fikir və faktlara söykənən "3 "Q"" (qələm, qadın, qədəh) publisistik düşüncələr silsiləsindən ibarətdir.

Kitabı "Kitabevim" mağazasından əldə etmək olar. Ünvan: Nəsimi rayonu, Puşkin küç. 26a, AK Center II mərtəbə (28 May metrostansiyasının yanı.
Kitabın qiyməti 4 AZN-dir.

Kitabı şəhərin kitab mağazalarından əldə etmək mümkündür.

Alokitab.az - online kitab satışı şəbəkəsi vasitəsi ilə ölkənin istənilən ünvanına sifariş vermək olar.

Qaynarinfo.az  “Qələm, qadın, qədəh” kitabının imza günündən fotoları təqdim edir.

Qaynarinfo.Az