Maqazin 16:35 01.03.2015

Elnur Hüseynovun "Şeffaf Oda"dakı çıxışı - FOTO/VİDEO

"O səs Türkiyə"nin qalibi, azərbaycanlı müğənni Elnur Hüseynov Türkiyənin “TV 8” kanalında yayımlanan "Şəffaf oda”nın qonaq olub.

Axşam.az xəbər verir ki, Xocalı soyqırımından bəhs edilən verilişdə Elnurla yanaşı, millət vəkili Qənirə Paşayeva, “Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova, musiqiçi Məryəm Əzizli, "Enbe Orkestri"nin qurucusu Behzat Gerçeker və italyan müğənni Alessandro Safina da yer alıblar. Proqramda Q.Paşayeva Xocalı soyqırımı haqda danışıb.

Güneri Cıvaoğlunun aparıcılıq etdiyi verilişdə Elnur və Dilarə musiqi parçaları səsləndiriblər. E.Hüseynov ailəsi və "O səs Türkiyə"yə qatılmağı barədə də danışıb. 


Qaynar.info