Maqazin 15:48 28.03.2015

Elnur onlayn səsvermədə dördüncü yerdədir

“Eurovision-2015” mahnı müsabiqəsi ilə bağlı onlayn səsvermə keçirilir. 

Qaynar.info xəbər verir ki, APA-nın oddschecker.com saytına istinadən xəbərinə görə, Azərbaycan onlayn səsvermədə 324 səslə 4-cü yerdədir.

Siyahıda birinci yerdə 477 səslə İtaliya, ikinci yerdə 459 səslə İsveç, üçüncü yerdə isə 353 səslə Estoniya qərarlaşıb.

Onlayn səsvermədə 2 min 987 nəfər iştirak edib.

Qeyd edək ki, nüfuzlu bukmeker kontorları isə “Eurovision-2015” Mahnı Müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi 2,50 əmsalla İsveçi görürlər.  

Azərbaycanın əmsalı isə 21.00-dan 26.00-ya qalxıb və ölkəmiz 8-ci pillədən 9-cu pilləyə yüksəlib. Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.

Qaynar.info