Maqazin 21:04 23.03.2015

Elnurun Avroviziyadakı çıxış nömrəsi məlum oldu

Vyanada keçiriləcək Avroviziya-2015 mahnı müsabiqəsinin Azərbaycan təmsilçisinin çıxış nömrəsi müəyyənləşib. Report xəbər verir ki, Azərbaycan təmsilçisi Elnur Hüseynov 11 nömrə altında ikinci yarımfinalda çıxış edəcək.

Azərbaycanın çıxış edəcəyi yarımfınalda ardıcıllıq aşağıdakı kimidir: 1. Litva, 2. İrlandiya, 3. San-Marino, 4. Çernoqoriya, 5. Malta, 6. Norveç, 7. Portuqlaiya, 8. Çexiya, 9. İsrail, 10. Latviya. 12. İslandiya, 13. İsveç, 14. İsveçrə, 15. Kipr, 16. Sloveniya, 17. Polşa.

Qeyd edək ki, Elnur Hüseynov müsabiqədə "Hour of the wolf" mahnısını ifa edəcək. Avroviziya-2015 mahnı müsabiqəsi 19, 21 və 23 may tarixlərində küeçiriləcək. 

Qaynar.info