Maqazin 22:04 30.07.2020

Elza Seyidcahan 5500 manatı ödəyib avtomobilini geri aldı

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl yol hərəkət qaydalarını pozduğu üçün 5500 manat borcu olduğunu və buna görə maşınının cərimə meydançasına aparıldığını deyib.

Qaynarinfo xəbər verir ki, müğənni bildirib ki, bir neçə gün əvvəl avtomobilinə qovuşub. Seyidcahan borcunu bütöv ödədiyini söyləyib:

"5500 manatı ödədim, maşını geri aldım. Nə edim, ödəməliydim. Bundan sonra çalışacam qaydaları pozmayım. Bəzən çəkilişlərə gecikəndə sürət həddini aşırdım. Sən demə, radarlar hər şeyi çəkib yığırmış". (Axsam.az)