Foto 11:30 29.04.2019

Elza Seyidcahan yenə təəccübləndirdi (FOTO/VİDEO)

Aprelin 28-də Heydər Əliyev adına Sarayda əməkdar artist Elza Seyidcahan konsert proqramı ilə çıxış edib.
 
Qaynarinfo-nun verdiyi xəbərə görə, sənətçinin 25 illik səhnə fəaliyyətinə həsr olunan konsert proqramı "Sənə bənzər" adlanıb. 
 
Konsert proqramında Elza Seyidcahan populyar mahnıları ilə yanaşı, yeni mahnılarını da canlı ifa edib. 

Konsertdə Elza Seyidcahanı Qara Qarayev adına Dövlət Kamera Orkestri müşayiət edib.

Qaynarinfo fotoqraf Ramin Aslanovun konsertin son məşqindən hazırladığı video materialı və konsertdən çəkdiyi fotosessiyanı təqdim edir.