Maqazin 11:48 09.01.2020

Elza Seyidcahanın namizədliyi qeydə alındı: “Allahın köməkliyi ilə...”

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın namizədliyi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qeydə alınıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında müğənni özü məlumat verib. 

O bildirib ki, növbədənkənar parlament seçkilərində mübarizəsini sona kimi davam etdirəcək:

"Qeydə alınmışam. Allahın köməkliyi ilə sona kimi gedəcəyəm. Bu, çox şərəfli bir yoldur”.

Bahar Rüstəmli