Əməkdar artist Elnarə Abdullayeva gənc namizədi dəstəklədi (VİDEO)
Əməkdar artist, tanınmış muğam ustası Elnarə Abdulayeva 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə şanslı namizəd, iqtisadçı Ayaz Qocamanova dəstək nümayiş etdirib.
Qaynarinfo xəbər verir ki, Elnarə Abdullayeva gənc namizədə dəstək olaraq, 31 yanvar tarixində Ağsu şəhərində keçiriləcək namizədin təşviqat kampaniyasında iştrak edəcək.
Tədbirə həmçinin, "Muğam Aləmi” 3-cü Beynəlxalq Muğam Festivalının qalibi, xanəndə Mirələm Mirələmov və Ağsu sakinlərinin sevimli müğənnisi Xalid Ağsulu "Retro” ansamblı ilə birgə qatılacaq.
Qeyd edək ki, 31 yanvar saat 13:00-da Ağsu rayon Mədəniyyət Evində (sarayında) keçiriləcək tədbirin aparıcısı, Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Elnur Kərimovdur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər