Sənət 11:19 23.04.2014

Əməkdar Artist Füzuli Hüseynov da etiraza qoşuldu - ETİRAZ

Son günlər mətubatın və eləcə də sosial şəbəkələrin gündəmində olan məsələlərdən biri də Rövşən Almuradlıya qarşı Mədəniyyət və Turizm Nazirliyinin tutduğu haqsız mövqedir.

Artıq bu mövzu ilə bağlı “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru tanınmış ziyalı Elçin Şıxlı,professor,tanınmış jurnalist  Qulu Məhərrəmli,Akademik Milli Dram teatrının aktyorları Xalq artisti Ramiz Novruz və Əməkdar Artist Sənubər İsgəndərli öz münasibətini bildirib.

Aktyor,Əməkdar Artist Füzuli Hüseynov da bu məsələ ilə bağlı öz fikirlərini xəbərlə.com la bölüşüb. "Rövşən Almuradlı sözün əsl mənasında professional rejissordu.Onun xətrini çox istəyirəm.Düzdür hələki onun tamaşalarında oynamamışam amma böyük məmnuniyyətlə və həvəslə gələcəkdə onunla əməkdaşlıq etmək istərdim. Sözün düzü onunla birgə işləmək mənim çoxdankı arzumdur. Ona hər yerdə ehtiyac var çünki öz işinin ustasıdır və böyük məktəb keçib.Həmçinin ərsəyə gətirdiyi işlər də göz qabağındadır.Elə təkcə “Cavad xan” filiminin adını çəkmək kifayətdir ki, onun istedadının hansı miqyasda olduğu ortaya çıxsın. Həm teatr həm də kino sahəsində xeyli uğurlu işlərə imza atıb.Düşünürəm ki, belə istedadlı rejissorun qarşısını heç bir ciddi məna daşımayan məhdudiyyətlərlə kəsmək doğru deyil. 

Əksinə ona maksimum şərait yaratmaq lazımdır ki, nə qədər ki ömrü var teatrımızı öz qiymətli əsərləri ilə zənginləşdirsin. Çünki belə zəngin rejissorluq təcrübəsi olan çox az sənətkar qalıb.Odur ki, onlara sağlığında qiymət vermək lazımdı.Həmçinin yeni layihələri reallaşdırmasına dəstək olmaq lazımdır. Ona qarşı sunii maneələr yaradanlara demək istərdim ki, Rövşən bəyi sadəcə olaraq rejissor kimi yanaşsınlar. Onun siyasi fikirlərinə görə yox ortaya çıxardığı işlərə görə dəyərləndirmək daha doğru olardı.Teatr rəhbərliyi onu qarşısını kəsməli deyil.Hər halda ümid edirəm ki, bunlara son qoyulacaq,çünki o rejissor olduğu kimi həm də vətəndaşdır,istədiyi kimi düşünə bilər.Qanunda da deyildiyi kimi onun vətəndaş kimi ifadə azadlığı var.

Qaynar.info