Video 14:27 24.08.2020

Əməkdar artist qızına toy etdi (FOTO/VİDEO)

Əməkdar artist Nüşabə Ələsgərlinin qızı Nigarın toyu olub.

Qaynarinfo Mediapost.az-a istinadən xəbər verir ki, onun toyu Türkiyədə gerçəkləşib.

Türkiyə vətəndaşı Doğan adlı bəylə ailə quran Nigar evlənmək üçün İstanbulun Sarıyer səmtində yerləşən Hünkar Suyu Kasrı adlı məkanı seçib. Gəlinin makiyajını isə məşhurların stilisti Mesut Özuzun edib. Onlar toy fotosessiyalarını gerçəkləşdirən şirkətlərin biri ilə də anlaşıblar.

Qeyd edək ki, N.Ələsgərlinin Diasporla İş üzrə Dövlət Komitəsində çalışan qızı Nigar ötən ilin dekabrında nişanlanmışdı. Sənətçi bildirmişdi ki, övladının toyu 2021-ci ildə keçiriləcək.