Ötən günlərdə Əməkdar artist Elnur Kərimov Azərbaycan Teatr Xadimləri İttifaqından çıxıb.
Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, daha öncə TXİ-də yaşananlara etiraz edib, üzvlükdən çıxmaq istədiyini bildirən aktyorun ərizəsinə bu gün rəsmi cavab gəlib.
Aktyor sosial media hesabında "Mən artıq TXİ-nin üzvü deyiləm. Müsbət cavab gəldiyi üçün təşəkkür edirəm” deyə, o, yazıb.
Qeyd edək ki, aktyor TXİ-nin üzvü olduğu halda, baş tutan XIV konfransa buraxılmamışdı.
Şərhlər