Əməkdar artist Həsənağa Abbasquliyev dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, bu haqda BiG.AZ-a mərhumun nəvəsi məlumat verib. O bildirib ki, babası heç bir xəstəlikdən əziyyət çəkməyib:

"Ciddi bir xəstəliyi yox idi. Ciyərlərinə su yığılmışdı, 3 gün öncə rəhmətə getdi. Yaşasaydı, bu ayın 12-də 80 yaşını qeyd edəcəkdi".

Qeyd edək ki, bu gün mərhumun 3 mərasimidir. Yas mərasimi Biləcəridə keçirilir.

Allah rəhmət eləsin!