Video 17:13 20.08.2018

Əməkdar artist xəstəxanaya yerləşdirildi: daha bir şiş aşkarlandı (VİDEO)

"Toppuş bacı" kimi tanınan əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə əməliyyat olunan aktrisada yenidən bədxassəli şiş aşkarlanıb.

Səhhəti ilə bağlı açıqlama verən əməkdar artist bildirib ki, hazırda xəstəxanadadır: "Bu gün xəstəxanaya yerləşdirilmişəm. Əməliyyatdan sonra yenidən analiz vermişdim. Ayağımda olan limfa vəzilərindən birində bədxassəli şiş aşkarlayıblar. Kimyaterapiya alacam. 25 şüa qəbul etməliyəm, 6 dəfə isə kimyaterapiyaya getməliyəm. Əslində, xəstəxanada qalmalıyam, amma uşağımdan ötrü darıxıram, ona görə icazə versələr, evə gedəcəm”