Ölkə 21:34 26.10.2021

Əməkdar artisti maşın vurdu – Vəziyyəti ağırdır (FOTO)

Əməkdar artist Elizbar Osmanovu maşın vurub.

Qaynarinfo xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.
  
1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.

Xəstəxanadan Qaynarinfo-ya verilən məlumata görə, 19:05-də gətirilən əməkdar artist cərrahi əməliyyata alınıb. Hazırda əməliyyat bitib, xəstənin vəziyyəti ağırdır. 

Elizbar Osmanovu vuran "BMW” markalı maşının sürücüsü polis tərəfindən dindirilir.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16oktyabr 2021-ci ildə "Əməkdar artist” fəxri adı verilib.
 
Günay İlqarqızı