Sənət 19:40 10.09.2016

Əməkdar artisti toya çağırdılar, gedib yasa çıxdı

"Bildiyiniz kimi, mən bəzi toylarda, el şənliklərində aparıcı kimi iştirak edirəm. Bir dəfə bir adam gəlib məni İsmayıllıda məclisə dəvət etdiyini dedi. Mən də razılaşdım, yola düşdük".
 
Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Əjdər Həmidov “Ad günü” verilişində başına gələn maraqlı hadisə haqda danışarkən deyib.
 
O, hələ də bu hadisəni unuda bilmədiyini bildirib: “Yol boyunca öz repertuarımı təkrarlayırdım ki, bəs, “bizim toy məclisimizə xoş gəlmisiniz” və s. Nəsə, gəlib çatdıq, baxdım ki, çadır var, düşündüm, yəqin, rayon yeridir, toy çadırdadır. İçəri girəndə nə görsəm yaxşıdır? Sən demə, bu, toy yox, yas imiş. Amma yenə də özümü itirməyərək, repertuarımı dəyişib, yası yola verib, çıxdım. Bu hadisə həmişə yadıma düşəndə məni gülmək tutur”.

Qaynarinfo.Az