Sənət 12:15 24.05.2019

Əməkdar artistin ölüm səbəbi açıqlandı (FOTO)

Ötən gün vəfat edən Gəncə Dövlət Kukla Teatrının aktyoru, əməkdar artist Nağəddin Məmmədovun ölüm səbəbi bilinib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Ölkə.Az"-a teatrdan verilən məlumatda qeyd edilib ki, aktyorun başında onkoloji şiş var imiş:

"Hər gün işə gəlirdi. Amma vəfat edən gün gəlməmişdi. Evdə özünü pis hiss etdiyini deyib. Cəmi bir-iki saat sonra vəfat edib".

Qeyd edək ki, N.Məmmədovun 52 yaşı var idi.