Maqazin 16:33 20.09.2014

Əməkdar artistin qızı nişanlısı ilə - FOTOLAR

Əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin nişanlısı ilə fotoları yayılıb. 

Anspress-in məlumatına görə, keçən ay nişan xəbərləri yayılan cütlüyün fotoları sosial şəbəkədə paylaşılıb. 

Elza Seyidcahanın sözlərinə görə, Gülşən və Elxan hələ bir il nişanlı qalacaqlar. Əməkdar artist toyun gələn ilin yayına nəzərdə tutulduğunu deyib.

Xatırladaq ki, qeyri-adi geyimləri ilə daim diqqət mərkəzində olan əməkdar artist Elza Seyidcahanın qızının nişanı avqustun 14-də olub. 

Media üçün qapalı keçən nişanda hər iki ailənin yaxın üzvləri iştirak ediblər. Elza xanım bunun gizli olmasını istəsə də tədbirdə iştirak edənlər sosial şəbəkədə şəkillər paylaşıblar. 

Qaynar.info