Foto 11:15 20.08.2019

Əməkdar jurnalistin qardaşının evi qarət olundu (FOTOLAR)

Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət olunub.

Qaynarinfo xəbər verir ki, E.Dərziyeva "Facebook" hesabında hadisə ilə bağlı foto və məlumatlar paylaşıb. Bildirib ki, Binəqədi rayonundakı evdən qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib. Belə ki, naməlum şəxs və ya şəxslər günorta saatlarında Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə basqın edərək qızıl-zinət əşyalarını oğurlayıblar.

Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Ekspertlər əl izlərini götürüblər.

Qeyd edək ki, Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi iki il öncə də qarət olunub.