Əməliyyat olunan əməkdar artistin vəziyyəti necədir? (AÇIQLAMA)

Əməliyyat olunan əməkdar artistin vəziyyəti necədir? (AÇIQLAMA)

Xəbər verdiyimiz kimi, Rövşən İsaxın rejissoru və ssenari müəllifi olduğu “Vicdan haqqı“ serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist İlham Hüseynov ötən gün əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

"Qaynarinfo" xəbər verir ki, aktyorun cərrahiyyə əməliyyatını həyata keçirən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmotologiya və Ortopediya şöbəsinin müdiri, doktor Cəfər Nəsirli xəstənin səhhəti barəsində oxu.az-a açıqlama verib.

“Xəstə reanimasiya şöbəsindən palataya köçürülüb. İki-üç gündən sonra evə buraxılacaq. Səhhəti ilə bağlı hər şey qaydasındadır”, - deyə o bildirib.

Qeyd edək ki, İ.Hüseynov artroz xəstəliyindən əziyyət çəkir.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR