Video 13:54 13.09.2019

Əməliyyat: Terrorçu belə ələ keçirildi (VİDEO)

Türkiyə ordusunun Vanın Gürpınar ərazisində təşkil etdiyi əməliyyatda bir terrorçu öldürülüb, digəri sağ ələ keçirilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, ötən günlərdə baş tutan əməliyyat çərçivəsində digər 6 şübhəli həbs edilib. Terrorçularla birgə texnika və silah-sursat da ələ keçirilib. Həmin siyahıya əl bombaları, silah maqazinləri, müxtəlif geyim və qidalar, əşyalar daxildir.