Sağlamlıq 10:59 02.04.2019

Əməliyyat üçün 4 il sonraya vaxt təyin edildi

Kanadanın Nyu Bransvik əyalətində əməliyyat üçün dövlət xəstəxanasına müraciət edən qadına 4 il sonra üçün vaxt təyin edilib.

Qaynarinfo CTV News-a istinadən xəbər verir ki, 3 il əvvəl avtomobil qəzasında çanaq nahiyəsindən xəsarət alan qadına 6 ay əvvəl diaqnoz qoyulub. Qadın qısa müddət ərzində özəl xəstəxanada əməliyyat olunmaq və xərcin sığorta şirkəti tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət edib. 

Qadının vəkili bildirir ki, əməliyyat edilməsə, 4 il ərzində səhhətində daha ciddi problemlər yarana bilər. Kanadada sığorta şirkətləri özəl klinikalarda əsasən ucuz əməliyyat və müalicənin pulunu ödəməyə razılaşırlar.

Qeyd edək ki, Kanadada tibbi xidmət üçün ən uzun gözləmə müddəti 19-20 həftə olub. Nyu Bransvikdə isə bu rekord qırılıb və xəstəyə 45 həftə sonra xidmət göstərilib.

Gülşən