Dünya 14:55 13.07.2017

Əməliyyatsız "barbie"yə oxşayan qadın (FOTOLAR)

Son dövrlərdə dünyada gözəllik anlayışında ciddi dəyişikliklər baş verir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı sudanlı model Nyadak Tot barbie kuklalarına oxşarlığı ilə bütün dünyanın diqqətini çəkib. Avstraliyada yaşayan model 2013-cü ildə keçirilən "Australia's Next Top Model" yarışında favoritlərdən biri olub. Digər tərəfdən sosial mediada insanlar tərəfindən görünüşünə görə təhqir edilən Nyadak 2 il müddətində yoxa çıxıb, lakin geri qayıtmaq qırarına gəlib. Hazırda Nyu Yorkda yaşayan gənc model görünüşünü sevdiyini və özünü daha xoşbəxt hiss etdiyini deyir.

Gülşən

Qaynarinfo.Az