Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, yanğınlar günorta saatlarından başlayaraq Baş Qərvənd kəndi ərazisində müşahidə olunur.
Erməni hərbiçilərinin Qərvənd kəndində törətdiyi yanğın neytral ərazilərə yayılıb. Hazırda yanğın cəbhə xəttinə yaxın Mirəşelli, Çıraxlı , Əhmədağalı kəndindən aydın görunür.
Şərhlər