Video 18:10 26.10.2019

Emil oynadı, “Tobol” liderə uduzdu (VİDEO)

Qazaxıstan çempionatında XXXI turun oyunları keçirilib. 

Qaynarinfo xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol” səfərdə lider "Kayrat”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, "Tobol” hazırda 59 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.