Video 15:37 18.08.2018

Emil Rəhmanov "O səs Türkiyə"də (VİDEO)

"Azəristar" mahnı müsabiqəsinin laureatı Emil Rəhmanov "O səs Türkiyə" yarışmasına qatılacaq.

Bu barədə ölkə.az-a sənətçinin özü məlumat verib. Onun sözlərinə görə, sentyabrın 5-nə qədər Türkiyədə olacaq:

"Artıq repertuarım hazırdır. Bu müsabiqəyə musiqiçi dostların, yaxınların məsləhəti ilə qatılıram. Əgər işlərim yaxşı alınsa, karyeramı Türkiyədə davam etdirəcəyəm".

Qeyd edək ki, Emil Rəhmanov tanınmış aktyor Rəhman Rəhmanovun oğludur.