Ölkə 20:48 23.09.2021

Emin Əmrullayev: “Bəzi məktəblərdə Təbiət fənni tədris ediləcək” (FOTO)

"2021-2022-ci tədris ilindən məzmunun təkmilləşdirilməsi hədəfinin nəticəsi kimi 132 məktəbin V siniflərində pilot olaraq Təbiət fənni tədris ediləcək”.

Qaynarinfo xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook” hesabında paylaşım edib.

Nazir bildirib ki, Təbiət fənlərinin inteqrativ tədris edilməsi beynəlxalq qiymətləndirmə tədqiqatlarında şagirdlərimizin nailiyyətlərinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.