Ekonomiks 15:07 09.10.2017

Emin Əsgərov: "Yerli biznes artıq sistemli fəaliyyətin effektiv olduğunu yaxşı anlayır və bu baxımdan da..." (VİDEO)

Son illər ölkəmizin iqtisadiyyatında baş verən dəyişikliklərdən dolayı artıq sahibkarlıqda müştəriyə verilən dəyər - “müştəri məmnuniyyəti” ön plana çıxmışdır. Buna görə də həm iri, həm də kiçik və orta sahibkarlıqda əlçatanlılığın yaradılması, müştəri yönümlü xidmət mədəniyyətinin formalaşdırılması, itirilmiş müştəri sayının azadılması və ya 0-a endirilməsi, mövcud müştərilərin loyallığının qorunması və s. istiqamətində sahibkara uğurla dəstək olan ERP həllərə, xüsusilə də təhlükəsiz, həm də 24/7 işləməyə qadir, olduqca flexible/uyğunlaşan İntellektual Telefoniya sistemlərinin tətbiqinə maraq artmağa başlamışdır. Odur ki, bu dəfə ilk milli ERP sistemi kimi Azərbaycan bazarında artıq 15 ildir ki, fəaliyyət göstərən və ölkənin 90% müəssisə və təşkilatlarında Çağrı Mərkəzi tətbiq etməklə ciddi mövqeyə sahib olan PRONET MM-nin təsisçisi Emin Əsgərovla müsahibəyə yollandıq. 

- Emin bəy, məlumdur ki, Çağrı Mərkəzləri 20-ci əsrin ortalarında yaranıb. Azərbaycanda bu xidmət təxminən 20 ildir ki, tətbiq olunur. Bəs Sizin Çağrı Mərkəzi sisteminin neçə yaşı var?

- Müasir anlamda olmasa belə Çağrı Mərkəzləri demək olar ki,  telefon rabitəsi icad olunandan bəri mövcuddur. Dünyanın inkişaf etmiş ölkələri telefon xidmətlərini biznesin ehtiyaclarının qarşılanması həlli kimi istifadəsinə daha tez başlamışdılar. Şirkətimiz ProCall adı ilə tanınan İntellektual Telefoniya sistemi üzərində 2004-ci ildən çalışmağa başladı və artıq 2005-ci ildə ilk məhsulumuzu istifadəyə verdi.

- Bu  sistemin yaranması yəqin ki səbəbsiz olmadı.  Hansı çatışmayan cəhətləri nəzərə alıb, bu həlli yaratmaq qərarına gəldiniz? 

- O vaxtlar Call Center - Çağrı Mərkəzləri haqqında yerli şirkətlərin  az bilgiləri var idi. Yalnız xarici şirkətlər ölkəmizdə fəaliyyətə başlayanda öz lokal ofisləri üçün bu həlləri gətirirdilər. Buna Azercell kimi şirkətləri  misal çəkmək olar. 

Çağrı Mərkəzini bir biznes aləti olaraq biz yaxşı anlayırdıq. Yerli şirkətlərdə bu həllin yayılması ilə bağlı  çoxlu görüşlər və təqdimatlar keçirirdik. Demək olar ki, bazarda “Call Center” anlayışını yayan ilk şirkət biz olduq. 

- Bəs ProCall - İntellektual Telefoniya sisteminin auditoriyasi, sifarişçiləri adətən hansı sektorlarda fəaliyyət göstərən şirkətlər olurdu və ya olur?

- İlk növbədə biz işimizi özəl şirkətlərlə başladıq. Xüsüsən müştərilərə geniş xidmət göstərən və inkişafda olan bank sektorunda layihələrimiz oldu. İlk sifarişçilərimiz 2005-ci ildə Bank of Baku, sonra isə Access Bank oldular. Paralel olaraq dövlət orqanları və pərakəndə satış şəbəkələri ilə də müqavilələr imzaladıq. Nəzərə alsaq ki, Call Center-in tətbiqi müxtəlif sahələrdə fərqli məsələlərin həlli üçün istifadə olunur, məsələn: - biznes sahəsində müştərilərin kütləvi zənglərinin emalı və operativ xidməti (sifariş, çatdırılma və s.) üçün, dövlət orqanlarında isə əhalidən daxil olan müraciət və şikayətlərin qəbulu, emalı və icrasına nəzarət üçün - demək olar ki, bütün sektorlara aid müştərilərimiz olur.  

Bu  qədər geniş, həm də bütün sektorlara yayılmış ProCall sisteminin yaratdığı imkan və dəyərlər bir alıcı, biznesmen, rəhbər və ya ümumiyyətlə sahibkarlıq üçün nə qədər önəmlidir?

- Ümümiyyətlə son dövrdə Call Centerlər istənilən bir təşkilatın imicini formalaşdıran və inkişaf səviyyəsini nümayiş etdirən bir atributa çevrilib. Sahibkarlıq fəaliyyətinin mərkəzində müştərilər durur. Onlara yüksək xidmət və qayğı göstərmək sahibkarlıq fəaliyyətinin əsas vəzifələrindəndir. Bu işləri keyfiyyətlə yerinə yetirmək üçün ProCall həllimiz sahibkarlara geniş imkanlar verir.  

- Beynəlxalq bazarda olduğu kimi, yerli bazarda da rəqabət artır və mütəmadi olaraq yeni proqram təminatları təqdim olunur. Çağrı Mərkəzini idarə edən ProCall proqramının üstünlüyünü qorumaq üçün bu günə qədər nə kimi yeniliklər etmisiz?

- İstənilən biznes sahəsində sərt rəqabətlilik mövcüddür, buna baxmayaraq, bizim yerli bazarda mövqelərimiz kifayət qədər güclüdür. Buna görə də demək olar ki, ölkəmizdə  Çağrı Mərkəzlərinin 90%-nə yaxını ProCall həllimizin üzərində qurulmuşdur. Sözsüz ki, bu mövqeyi qorumaq üçün biz daim həllimizin üzərində yeniliklər edərək müştərilərimizi də məlumatlandırırıq. Mütəxəssislərimizin ixtisaslaşması və bu sahədə 10 ildən artıq təcrübəsi yeni texnologiyaların dərhal tətbiqini bizim üçün asanlaşdırır. Bu ilin əvvəlindən ProCall həllinin tam yeni versiyasını artıq Azər Türk Bank, Dərs Evi, KontaktHome, Engin (P&G) kimi şirkətlərdə uğurla istifadəyə verdik. İlin sonunda ProCall həllinin Cloud versiyasını sınaqdan keçirməyi planlaşdırmışıq.

- Uğurlar... Bəs ümumiyyətlə sahibkarlıq üçün önəmli olan digər nə kimi həllər təklif edirsiniz?

- Bildiyiniz kimi ProCall həlli bizim ProSpect ERP sisteminin tərkib modullarından biridir. ProSpect ERP tərkibində olan  insan resurslarının idarə olunması (HRM), elektron sənəd dövriyyəsi (DMS) kimi həllər də son dövrlər geniş tələb olunan məsullardandırlar. Yerli biznes artıq sistemli fəaliyyətin effektiv olduğunu yaxşı anlayır və bu baxımdan da biznes üçün proqram həllərinin gələcəkdə geniş tətbiqləri daha da sürətlə inkişaf edəcəkdir.

- Bazarda ciddi mövqeyə sahibsiniz, bu mövqenizi qorumaq üçün yəqin ki, gələcəyə böyük planlarınız var.

- Bəli. Artıq ProSpect ölkəmizin ilk milli ERP sistemi olaraq yerli şirkətlərdə geniş tədbiq olunmaqdadır və kompleks həllər sistemi kimi əsasən orta və iri şirkətlərin ehtiyaclarını tam qarşılayır. Hətta bir necə iri holdinqlərdə də ProSpoct ERP sistemləri tədbiq mərhələsindədirlər. Ölkəmizdə sahibkarlıq fəaliyyətində gedən müsbət islahatlar daha çox gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına təkan vermişdir. Bunu nəzərə alaraq biz kiçik sahibkarlıq fəaliyyəti üçün də faydalı olmağa çalışırıq və ilin sonunda onların ehtiyacları səviyyəsində və daha büdcəli ProSpect ERP Light  həllərini gənc sahibkarların istifadəsinə verəcəyik. 

- Yeni həllər, yeni layihələr hazırlayarkən özünüzü necə motivasiya edirsiniz?

- Sahibkarlıq fəaliyyətinin əsasında yeni dəyər və faydalar yaratmaq amalı durur. Sahibkarların əksəriyyəti bu fəaliyyətlə məşğul olmaqla öz potensiallarını reallaşdırmaq və daha da genişləndirmək istəyirlər. Sahibkarlıq fəaliyyəti həmdə şəxsi inkişaf üçün geniş meydandır. Sahibkar və onun komandası öz növbəti  inkişaf mərhələsini  yeni məsul və xidmət şəklində yaratdıqları dəyərlərdə nümayiş etdirirlər. Məhsullarımızın sifarişçilərimizin biznesinə müsbət təsirini görəndə daha da motivasiyalı oluram.

Qaynarinfo.Az