Ölkə 09:43 06.10.2017

Əmlak Komitəsi 4 manata kağız, 100 manata printer satır

Əmlak Məsələləri Dövlət Komitəsi təşkil etdiyi hərraclar satışa çıxarılan əmlaklara görə olduqca maraqla qarşılanıb. Növbəti hərracda da Komitə satışa A4 formatlı kağız çıxarıb.

Komitədən "Qaynarinfo"ya verilən məlumata görə, növbəti maraqlı hərrac 31 oktyabr tarixində saat 15.00-da keçiriləcək. Bu dəfəki hərracda dövlət nəfinə müsadirə edilmiş əmlaklar satışa qoyulub.

Satışa qoyulan əmlaklardan biri də A4 formatlı kağızdır. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin anbarının satdığı kağızın qiyməti isə 4 manatdır.

Bundan başqa, hərracda “HP Deskjet 2515" markalı rəngli skaner-printer qurğusu da satılacaq. Cəmi 1 ədəd olan skanner-printerin ilkin satış qiyməti 100 manatdır.

Qaynarinfo.Az