İdman 10:50 05.09.2019

Çempion Makrona səsləndi: "Boynunu üzərəm!"

MMA üzrə keçmiş braziliyalı çempion Renzo Qrasie Fransa Prezidenti Emmanuel Makron və onun keçmiş köməkçisi Aleksandr Benalı hədələyib.

Qaynarinfo xəbər verir ki, Braziliyanın beynəlxalq turizm üzrə səfiri olan idmançı onların boynunu qıracağını deyib.

Qeyd edək ki, Renzo Qarsiye bir müddət əvvəl Amazon meşələrindəki yanğınla əlaqədar Makronla aralarında gərginlik yaşanan Braziliya Prezidenti Jair Bolsonaruya yaxın adamdır.

Keçmiş MMA döyüşçüsü bu olayla bağlı danışarkən "Buradakı yeganə yanğın braziliyalıların və prezidentimizin qəlbində yanan alovdur, təlxək. Bura gəlin, boynunuzu toyuq boynu kimi üzüm" deyib.

Fransada "Sarı jiletlilər"in döyülməsindən sonra başlayan qalmaqallar səbəbindən istefa verməli olan Aleksandr Benal isə idmançıya "Twitter"dən cavab verib: "Renzo Qrasiye, deyəsən, ağzınız çox böyükdür. İstəyirsinizsə, rinqdə görüşə bilərik. Sözləriniz keçmiş idmançıya yaraşmadı".