İtaliyanın “Milan” klubu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində öz meydanında İspaniyanın “Barselona” komandasını 2:0 hesabı ilə məğlub edib.
Azarkeşlər “San-Siro”dakı hər iki qolu ikinci hissədə görüblər. Əvvəlcə qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenq 57-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb. 81-ci dəqiqədə isə onun həmvətəni Salli Muntari “Milan”ın üstünlüyünü iki topa çatdırıb.
Cavab qarşılaşması martın 12-də “Kamp Nou”da keçiriləcək.
Şərhlər