İdman 21:31 01.04.2014

Çempionlar Liqası : "Barselona" "Atletiko" Madrid-ə qarşı

Bu gecə futbol üzrə Çempionlar Liqasında 1/4 finalın oyunlarına start veriləcək.

İlk oyun günündə iki matç baş tutacaq. İspaniyada "Barselona" və "Atletiko" komandaları üz-üzə gələcək. İngiltərədəki oyunda isə "Mançester Yunayted" "Bavariya" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu sabah axşam keçiriləcək. 

1 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

23:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya)

Qaynar.info