İdman 15:00 21.08.2013

Çempionlar Liqası: "Fənərbaxça" "Arsenal"a qarşı

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha beş qarşılaşma baş tutacaq.

Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi matç İstanbulda keçiriləcək. Belə ki, Türkiyənin "Fənərbaxça" klubu İngiltərə nəhənglərindən olan "Arsenal"ı qəbul edəcək. Bu oyuna maraq böyükdür.

Digər matçlarda  Şalke" (Almaniya) PAOK-u (Yunanıstan), "Dinamo" (Zaqreb, Xorvatiya) "Avstriya"nı (Avstriya), "Ludogorets" (Bolqarıstan) "Bazel"i (İsveçrə), "Styaua" (Rumıniya) isə "Legia"nı (Polşa) öz meydanında sınağa çəkəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 27 və 28-də keçiriləcək.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

21 avqust

23:45. Şalke" (Almaniya) – PAOK (Yunanıstan)

23:45. "Fənərbaxça" (Türkiyə) – "Arsenal" (İngiltərə)

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Avstriya" (Avstriya)

23:45. "Ludogorets" (Bolqarıstan) – "Bazel" (İsveçrə)

23:45. "Styaua" (Rumıniya) – "Legia" (Polşa)


20 avqust

 "Şaxtyor" (Karaqanda, Qazaxıstan) –"Seltik" (Şotlandiya) - 2:0 

Qollar: Finonçenko, 12 (1:0), Serges Xizniçenko, 77 (2:0) 

PSV (Hollandiya) – "Milan" (İtaliya) - 1:1 

Qollar: El Şaravi, 15 (0:1), Matavz, 60 (1:1)

 "Pakos de Fereyra" (Portuqaliya) – "Zenit" (Rusiya) - 1:4 

Qollar: Şirokov, 27 (0:1), Andre, 58 (1:1), Şirokov, 60 (1:2), Kerjakov, 85 (1:3), Şirokov, 90 (1:4)

"Lion" (Fransa) - "Real Sosyedad" (İspaniya) - 0:2 

Qollar: Qriezman, 17 (0:1), Seferoviç, 50 (0:2)

Qırmızı vərəqə: Bisevak, 75 ("Lion")

"Viktoriya" (Çexiya) – "Maribor" (Sloveniya) - 3:1 

Qollar: Cisovski, 8 (1:0), Darida, 58 (2:0), Mejac, 66 (2:1), Duris, 90 (3:1)

Qaynar.info