İdman 09:54 03.04.2014

Çempionlar Liqası: “Real Madrid” sevindi, "Çelsi" üzüldü - NƏTİCƏLƏR


Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyunlara yekun vurulub.

Qaynar.info Apasport.az-a istinadən xəbər verir ki, mərhələnin növbəti görüşləri İspaniya və Fransada baş tutub. Hər iki matçda meydan sahibləri son dueldəki məğlubiyyətin qisasını alıblar.

Ötən mövsüm yarımfinalda üz-üzə gələn “Real” və “Borussiya” növbəti sınağa çıxıblar. İspaniyalılar həmin məğlubiyyətin (1:4, 2:0) əvəzini çıxmağa çalışıblar və rəqibin qapısından 3 cavabsız qol keçirərək buna nail olublar.

Digər matçda isə PSJ “Çelsi”ni qəbul edib. Avrokuboklarda 10 ildən sonra üz-üzə gələn rəqiblər ilk matçı Parisdə keçiriblər. 2004-cü ildə bu arenada 3:0 hesabı ilə qalib gələn ingilislər bu dəfə 3:1 hesabı ilə məğlub olublar.

1/4 final, ilk oyunlar

2 aprel

“Real” (Madrid, İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 3:0

Qol: Bale, 3; İsco, 27; Ronaldo, 57

PSJ (Fransa) – “Çelsi” (İngiltərə) - 3:1

Qol: Lavezzi, 4; Luiz (avtoqol), 61; Pastore, 90 - Hazard, 27

Qaynar.info