İdman 09:53 19.02.2019

Çempionlar Liqasında daha iki oyun keçiriləcək

Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. 

Qaynarinfo əbər verir ki, bu gün ilk oyunlar çərçivəsində daha 2 görüş keçiriləcək.

Mərkəzi oyun "Enfild Roud"da olacaq. Turnirin qalibi olmağı hədəfləyən "Liverpul"la "Bavariya" arasında ilk duel gerçəkləşəcək. Hər iki komanda oyuna itkilərlə çıxacaq. Xüsusən də, "qırmızılar"da müdafiə xətti ilə bağlı problem var.

Turnirin favoritlərindən olan "Barselona" isə Fransaya səfər edəcək. Kataloniya klubunda yalnız Arturun yoxluğunu ciddi itki saymaq olar. "Lion"da isə itkilər daha çoxdu. Kataloniya klubu cütlüyün taleyini səfərdəcə həll etmək niyyətindədi.

Qeyd edək ki, mərhələnin 4 oyunu ötən həftə keçirilib. "Roma" "Portu"nu (2:1), PSJ "Mançester Yunayted"i (2:0), "Real" "Ayaks"ı (2:1), "Tottenhem" Dortmund "Borussiya"sını (3:0) məğlub edib. İlk oyunlara sabah keçiriləcək "Atletiko" - "Yuventus" və "Şalke 04" - "Mançester Siti" görüşləri ilə yekun vurulacaq. 

Çempionlar Liqası
1/8 final
İlk oyunlar

19 fevral
00.00 Liverpul (İngiltərə) - Bavariya (Almaniya)
Baş hakim: Canluka Rokki (İtaliya).
Liverpul. "Enfild Roud" stadionu. 

00.00 Lion (Fransa) - Barselona (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Lion. "Park Olimpik Lion" stadionu.