Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Son Fransa çempionu PSJ klubu Almaniyada Leverkuzen "Bayer"inin qonağı olub. Paris klubu rəqibini 4:0 hesabı ilə darmadağın edib. Zlatan İbrahimoviç görüşdə dubl edib.
Günün maraq doğuran oyunlarından biri Mançesterdə baş tutub. Burada yerli "Mançester Siti" klubu "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 26-da yekun vurulacaq.
Qaynar.info
Şərhlər