İdman 09:39 08.05.2019

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Qaynarinfo xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab matçında "Ayaxs" Hollandiyada "Tottenhem"i qəbul edəcək. 

İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan London təmsilçisi məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Amsterdam klubuna final üçün istənilən heç-heçə sərf edəcək. "Tottenhem" isə ən azı iki top fərqi ilə qələbə qazanmalıdı. Qonaqların 1:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.  

Hər iki komandanın heyətində cəzalı oyunçu olmasa da, zədəlilər var. Meydan sahiblərində Karel EytinqHassan Bandenin matçı buraxacağı dəqiqdi. London klubu isə Harri Vink, Erik LamelaHarri Keynin xidmətindən yararlana bilməyəcək. Yan VertongenSerj Oryenin durumuna isə oyun vaxtı aydınlıq gələcək.

"Ayaks" qrup mərhələsindən sonra ardıcıl olaraq "Real"ı və "Yuventus"u mübarizədən kənarlaşdırıb. "Tottenhem" isə "Borussiya" (Dortmund) və "Mançester Siti"dən güclü olub. 

Qeyd edək ki, bu qarşılaşmanın qalibi finalda "Liverpul"la qarşılaşacaq.

Çempionlar Liqası
Yarımfinal
Cavab oyunu

8 may 
23.00 Ayaks (Hollandiya) - Tottenhem (İngiltərə) 
Baş hakim: Feliks Brıx (Almaniya).
Amsterdam. "Yohan Kruyff Arena".