İdman 15:47 28.07.2021

Çempionlar Liqasındakı təmsilçimizdən iki transfer

UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək "Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

Azərbaycan Futzal Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə təmsilçimiz iki braziliyalı futzalçı ilə anlaşıb. 28 yaşlı Conatas Felipe və 24 yaşlı Emanoel Rodriges mövsümün sonuna qədər ölkə çempionunun formasını geyinəcək. Felipe Braziliya klubu "Pato”dan transfer olunub. Rodriges isə həmyerlisindən fərqli olaraq Avropada legioner həyatı yaşamağı bacarıb. O, Qazaxıstan "Atırau”sunda çıxış edib. Bununla da "Araz-Naxçıvan"ın heyətindəki braziliyalıların sayı 3-ə çatıb. Onlara qədər Murilo Borges baş məşqçi Joze Alesio Da Silvanın sərəncamında idi.

"Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində avqustun 21-də "Europa”, ertəsi gün "Kampuksen Dinamo”, avqustun 24-də isə "Raba” ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.

Səbuhi Həsənov