İdman 22:35 12.03.2020

Çempionlar Liqasının 2 oyunu təxirə salındı

Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya), həmçinin "Lion" (Fransa) və "Yuventus" (İtaliya) komandaları arasında martın 17-də keçirilməli olan cavab oyunları koronavirus pandemiyasına görə təxirə salınıb.

Qaynarinfo  xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb. Hələlik matçların yeni tarixi barədə açıqlama verilməyib.

İlk oyunda "Mançester Siti" səfərdə "Real Madrid"i 2:1, "Lion" isə evdə "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, UEFA daha əvvəl Avropa Liqasının 1/8 final mərhələsinin 2 oyununu eyni səbəbdən təxirə salıb.