Ölkə 15:28 19.04.2019

Ən çox nöqsanlara yol verən dövlət orqanları (SİYAHI)

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində ən çox nöqsan aşkar etdiyi dövlət qurumlarının adlarını açıqlayıb. 
 
Qaynarinfo xəbər verir ki, məlumatlar Palatanın hesabatında öz əksini tapıb.

Belə ki, 2018-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 27, Dövlət Statistika Komitəsində 12, Diasporla İş üzrə Dövlət Komitəsində 17, Milli Elmlər Akademiyasında 18, Milli Arxiv İdarəsində 20, Ətraf Mühitin Mühafizəsi Departamenti və Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunda 16, Şəmkir rayon Səhiyyə İdarəsində 17, Axundov adına Milli Kitabxanada 15, "Azərişıq” ASC-də 18, "Bakı Metropoliteni” QSC-də 21, "Təmiz Şəhər” ASC-də 18 nöqsan qeydə alınıb.