Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr məlum olub.
Qaynarinfo Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, ən çox namizəd 16 saylı Yasamal İkinci Seçki Dairəsində qeydə alınıb.
Belə ki, bu dairədən deputatlığa namizədliyi qeydə alınan 25 nəfər var. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan seçki dairələrindədir.
Bu dairələrin hər birində 3 deputatlığa namizəd qeydə alınıb.
Şərhlər