Ekonomiks 21:42 21.01.2018

Ən varlı 9 milyarderin sərvəti dünya əhalisinin yarısının sərvətindən çoxdur

"Amazon” CEO-su Cef Bezosun sərvəti 105 milyard dollardır və o, hazırda dünyanın ən varlı şəxsidir.

"Oxfam” tərəfindən aparılan son araşdırmaya görə ən varlı 1% insan dünyanın 99% əhalisindən daha çox sərvətə sahibdirlər. Ən varlı 8 şəxsin sərvəti isə 4 milyard insanın sərvətinə bərabərdir. Milyarderlərin sərvətləri bu templə artmağa davam edərsə, təxminən 25 ildən sonra dünyanın ilk trilyonerini görə bilərik.

Hazırda dünyada 1500-dən çox milyarder var (təkcə ABŞ-da 560 milyarder var). Çin, Almaniya və Hindistanın hər birində isə, 100-dən çox milyarder var.

Dünyanın ən varlı 9 şəxsinin sərvəti dünya əhalisinin yarısının sərvətindən çoxdur.

Qeyd: milyarderlərin sərvətin həcmi 2018-ci il yanvarın 16-sı tarixinədir (FORBES).

9. Larri Peyc (Larry Page) — 52.2 milyard dollar



"Google”un CEO-su və həmtəsisçisi 52.2 milyard dollar sərvəti ilə 9-cu pillədə yer alır.

8. Larri Ellison (Larry Ellison) — 60.4 milyard dollar



1977-ci ildə Larri Ellison proqram təminatı şirkəti "Oracle”ı 2000 dollarla (onun 1200 dolları öz pulu idi) təsis etmişdi. Ellison 2014-cü ildə CEO vəzifəsindən ayrıldı, lakin şirkətin işləri ilə məşğul olmaqda davam edir.

7. Karlos Slim (Carlos Slim) və ailəsi — 67.6 milyard dollar



Karlos Slim Latın Amerikanın ən böyük mobil telekom şirkəti "América Móvi”yə nəzarət edir. Onun həmçinin, mədən, daşınmaz əmlak sahələrində investisiyası və "The New York Times”da payı var. O, Meksikanın ən varlı şəxsidir.

6. Bernard Arnault — 68.7 milyard dollar



Bernard Arnault "Louis Vuitton”, "Sephora” və "Dom Perignon” kimi brendləri özündə birləşdirən "LVMH”nın 1989-cu ildən CEO-sudur. "LVMH”nın brendlərinin ümumi satış həcmi 2016-cı ildə 40 milyard dollar olmuşdur.

5. Mark Zukerberq (Mark Zuckerberg) — 72 milyard dollar



Facebook CEO-su Mark Zukerberq sosial şəbəkə saytının əsasını 13 il öncə Harvard Universitetinin yataqxanasında qoymuşdu və daha sonralar dünyanın ən varlı şəxslərindən birinə çevrildi. O, və həyat yoldaşı Priscilla Çan vəfat etməmişdən öncə sərvətlərinin 99%-ni ianə şəklində verəcəklərini bildiriblər.

4. Amansio Orteqa (Amancio Ortega) — 75.8 milyard dollar 



Amansio Orteqa Avropanın ən varlı şəxsidir və "Zara”nın ana şirkəti olan "İnditex”i 1975-ci ildə təsis etmişdir. Onun daşınmaz əmlak portfelinə London, Nyu York və Madriddəki mənzillər və binalar daxildir.

3. Uorren Baffet (Warren Buffett) — 90.1 milyard dollar



Əfsanəvi investor Uorren Baffet 60 şirkətdən çoxuna nəzarət edən "Berkshire Hathaway”in CEO-sudur. Hazırda sadə həyat tərzi yaşasa da, o, 32 yaşında milyarder olmuşdur. 2010-cu ildə Bill Qeytslə birlikdə "The Giving Pledge”i yaratdı və Baffet sərvətinin ən azı yarısını xeyriyyə cəmiyyətlərinə verəcəyinə söz verib.

2. Bill Qeyts (Bill Gates) — 91.9 milyard dollar



Bill Qeyts "Microsoft”u 1975-ci ildə təsis edib və hazırda şirkətdəki fəaliyyətinə texnologiya məsləhətçisi və idarə heyətinin üzvü kimi davam etdirir. Qeytsin həmçinin, Kanada Milli Dəmir Yolları və "AutoNation”da investisiyaları var. O, və həyat yoldaşı Melinda "Bill və Melinda Qeyts” fondunu təsis edərək ABŞ-da bağçadan məktəbi bitirənən qədər şagirdlərə köməklik göstərməkdir.

1. Cef Bezos (Jeff Bezos) — 108.9 milyard dollar



"Amazon.com”un təsisçisi və CEO-su Cef Bezos şirkətin 17%-nə nəzarət edir. 2013-cü ildə "the Washington Post”u 250 milyon dollara aldı və onun həmçinin, "Blue Origin” adlı aerokosmik şirkəti də var. 2017-ci ildə Bezos 19.3 milyard dollar qazanıb.

Mənbə: Moneta.az