Ölkə 16:53 26.10.2020

Energetika Nazirliyinə yeni mətbuat katibi təyin olundu (FOTO)

Energetika Nazirliyində mətbuatla iş sektorunun müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.

Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, bu vəzifə Cahid Mikayılova həvalə edilib.

Oktyabrın 16-dan vəzifə səlahiyyətlərinin icrasına başlamış C.Mikayılov indiyə qədər, ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) çalışıb. O, "Report”a açıqlamasında təyinatı ilə bağlı məlumatı təsdiq edib.

Xatırladaq ki, Energetika nazirinin müşaviri Zəminə Əliyeva bu vaxta qədər həm də qurumun mətbuat katibi vəzifəsini icra edirdi.