Ekonomiks 18:30 03.03.2019

Enerji içkiləri bahalaşdı - YENİ QİYMƏTLƏR

Enerji içkilərin qiyməti artırılıb.

Qaynarinfo xəbər verir ki, aksiz vergisi səbəbindən qiymətlərdə 2 dəfə artım olub.

Belə ki, "Red Bull" enerji içkilərinin 250 ml-i 3 manat, 355 ml-i 4 manat, 473 ml-i isə 5 manat olub. Digər enerji içkilərinin qiyməti isə müvafiq həcmə uyğun olaraq 2, 3 və 4 manat civarındadır.

Qeyd edək ki, 2 gün öncə enerji içkilərinin topdansatışı dayandırılmışdı.
 
Çingiz Səfərli