Dünya 20:41 28.01.2018

Ərdoğan: "20 şəhidimiz var, 484 terrorçu cəhənnəmə göndərilib"

"Az öncə rəqəmləri aldım. 484 terrorçu cəhənnəmə göndərilib". 

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Afrindəki "Zeytun budağı" əməliyyatı ilə bağlı danışan dövlət başçısı şəhid sayını açıqlayıb: "İndiyədək Azad Suriya Ordusundan və mehmetlərimizdən ümumilikdə 20 şəhidimiz var. 7-si mehmetlərimiz, digərləri Azad Suriya Ordusunun üzvləridir".