Dünya 16:38 25.09.2018

Ərdoğan 7 il sonra Almaniyaya gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 illik fasilədən sonra Almaniyaya səfər edəcək.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan səfər zamanı Almaniya prezidenti Frank Volter Ateynmeyer və kansler Angela Merkellə görüşəcək. Görüşlər zamanı iki ölkə arasındakı siyasi, iqtisadi, müdafiə, mədəniyyət, sosial münasibətlər və Almaniyada yaşayan türklərə aid mövzular, Suriya məsələsi, terrorizm, miqrant problemi və s. müzakirə olunacaq. 

Qeyd edək ki, Almaniya və Türkiyə münasibətləri son 3 ildə gərgin idi. 

Gülşən